İtkin sayılan şəxs minaya düşübmüş

Hadisə

07.02.2021 - 22:21

Həkimlər Klinikalar SEO Xidməti

Digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir

 

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.

 

Cəbrayıl Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.

 

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar olunub.

 

Hazırda digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş