İtaliyada koronavirusa yoluxanların sayı 230 mini keçib

Dünya

26.05.2020 - 06:12

İtaliyada koronavirusa yoluxanların sayı artıb 

 

İtaliyada koronavirusa yoluxanların sayı 230 158-ə çatıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

 

Bildirilib ki, son sutkada 92 ölüm, 300 yoluxma hadisəsi qeydə alınıb. 

 

Yoluxma sayı mart ayının əvvəlindən bəri ən aşağı göstəricidir. 

 

Qeyd edək ki, ölənlərin ümumi sayı 32877 nəfərə çatıb.

Müəllif: Ayna.az