İtaliyada dağ kanat xəttində qəza baş verib

Dünya

23.05.2021 - 20:36

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 9 nəfər həyatını itirib

 

İtaliyanın şimalında, Macciore gölü yaxınlığında dağ kanatında qəza baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində doqquz nəfərin həyatını itirdiyi barədə məlumat verilib.

 

Stresa-Mottarone istiqamətində kanatla hərəkət edən kabinə Mottarone dağı çatmağa az qalmış qəzaya uğrayıb. İlkin məlumatlara görə, 40 nəfərin daşınması üçün nəzərdə tutulan kabinədə 12 nəfər olub. Ağır yaralanan üç şəxsdə ikisi uşaqdır və onlar təcili tibbi yardım helikopterləri ilə Turin şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş