İsveçin müdafiə naziri: “Ukraynanın NATO-ya daxil olması istisna deyil”

Dünya

13.02.2025 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzvlüyü bu sülh sazişinin bir hissəsi olmamalıdır”

“Əgər Kiyev üzvlük üçün bütün zəruri şərtləri yerinə yetirərsə, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması istisna deyil”. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson deyib.

“Mən başa düşürəm ki, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzvlüyü bu sülh sazişinin bir hissəsi olmamalıdır. Kiyev üçün Alyansa üzvlüyün belə istisna ediləcəyini gözləmirəm. Bizim mövqeyimiz hamıya məlumdur və biz iyulda Vaşinqtonda keçirilən sammitdə dəstəklədik ki, Ukraynanın gələcəyi NATO-dadır, o zaman ki, ölkə üzvlük üçün bütün şərtləri yerinə yetirəcək”, - nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş