İsveçin Baş naziri istefa verib

Dünya

17.09.2026 - 23:15

Müxalifət partiyaları parlamentdə 176, Kristerssonun hakim sağçı bloku isə 173 yer qazanıb

İsveçin Baş naziri Ulf Kristersson istefa verib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, o, “X” hesabında parlamentin spikerinə ünvanladığı istefa məktubunu ictimaiyyətlə bölüşüb.

Bu, Baş nazirin siyasi partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra baş verib.

Belə ki, müxalifət partiyaları parlamentdə 176, Kristerssonun hakim sağçı bloku isə 173 yer qazanıb.

Qeyd edək ki, İsveç parlamentində 349 yer var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş