İsveç küçələrində nasist bayrağı

Dünya

21.04.2020 - 16:56

cedabet dərman SEO Xidməti

Patrik Fors şikayətlər əsasında bayraqları dərhal endirdiklərini söyləyib

 

Adolf Hitlerin doğum günündə İsveçin Blekinge, Skane və Östergötland əyalətlərində naməlum şəxslər tərəfindən nasist bayraqları açılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq istintaq işi başladılıb.

 

İsveç rəsmi xəbər agentliyi “TT”-nin verdiyi xəbərə görə, nasist bayrağı əyalətlərin Linköping, Kisa, Karlskrona, Karlshamn, Hässleholm, Malmö və Motala şəhərlərində rəsmi binalar yaxınlığındakı postlarda qaldırılıb.

 

İsveç Polis İdarəsinin sözcüsü Patrik Fors şikayətlər əsasında bayraqları dərhal endirdiklərini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş