İstehkamçılarımız yolları bərpa edir və minalardan təmizləyir - <font color=red> RƏSMİ</font>

Xəbərlər

24.12.2020 - 18:33

Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdəki işlərlə bağlı məlumat yayıb

 

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kolonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir.

 

Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda, əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

 

Bundan əlavə, partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az