İsrailli nümayəndənin Şuşa təəssüratları: dəhşət və heyranlıq

Siyasət

25.08.2021 - 20:20

“Ermənistan bacardığı hər şeyi edir ki, Zəngəzur dəhlizi açılmasın” – Yuri Boçarov

 

Bu yaxınlarda İsraildən ola bir qrup jurnalist və ekspert Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət etdilər. Həmin heyətdə olan israilli hərbi-siyasi ekspert Yuri Boçarov AYNA-ya müsahibəsində təəssüratlarını bölüşüb.

 

- Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə olmusunuz. Təəssüratlarınız necədir?

 

- Bütün təəssüratlarımı iki sözlə ifadə etmək olar: dəhşət və heyranlıq. Dağıdılmış rayonlardan, erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri talan və vəhşilik faktlarından dəhşətə gəlməmək mümkün deyil. Ağdamdakı şəhər qəbiristanlığındakı talan edilmiş məzarlardan hələ də şokdayam. Qızıl dişlər axtarmaq üçün mərhumların qəbirlərinin baş tərəfləri traktorlarla açılmışdı. Bunu edənlər - faşist əlaltısı Qaregin Njdenin pərəstişkarları, vaxtı ilə krematoriya sobalarında qızıl dişlər toplayan ideoloji ilhamvericilərini belə, üstələdilər.

Yuri Boçarov: Azərbaycanın iqtisadi siyasəti xüsusi hörmətə və razılığa  layiqdir

Və təbii olaraq yolboyu daim müşahidə etdiyimiz fədakar əməyə heyranlıq var. Buna misal olaraq Füzuli beynəlxalq hava limanının və Şuşaya gedən dağ yolunun sürətlə inşasını göstərmək olar. Doğrudan da, Şuşada keçirdiyimiz gecədən sonra geri dönərkən, bir gecədə bir neçə kilometr yeni asfalt çəkildiyini hiss etdik. Mənə elə gəlir ki, respublikanın bütün sakinləri, hər halda yolumuzda qarşılaşdığımız hər kəs azad edilmiş torpaqlarının tez bir zamanda bərpası üçün görünməmiş həvəslə çalışır.

 

- Şuşada idiniz və oraya Laçın dəhlizindən keçdiniz. Gördükləriniz haqqında nə deyə bilərsiniz?

 

- Bir tərəfdən, Laçın dəhlizi Azərbaycanın üçtərəfli sülh sazişindəki hissəsini necə vicdanla yerinə yetirdiyinə, Ermənistan vətəndaşlarının Ermənistanla Xankəndi arasında sərbəst hərəkət etməsinə nümunə olaraq xidmət edir. Axı kimin maşın sürdüyünə və nə daşıdığına nəzarət etmək rusiyalı sülhməramlılara tapşırılıb.

 

Eyni zamanda Laçın dəhlizi var, amma hələ də Zəngəzur dəhlizi yoxdur. Və keçən ay baş verən hadisələrin göstərdiyi kimi, Ermənistan mümkün olduğu qədər bu dəhlizin açılması məsələsinə qayıtmamaq üçün hər şeyi edir. Baxmayaraq ki, mənə elə gəlir ki, Azərbaycan indi erməni siyasətçilərinin həll olunmazlıq problemlərini güc yolu ilə həll etmək gücünə və təcrübəsinə malikdir. Bu problemin həlli üçün zamanın yetişdiyini düşünürəm.

 

- Bölgədəki yeni geosiyasi reallığı necə qiymətləndirirsiniz?

 

- Reallıq çox perspektivli görünür. Azərbaycan torpaqlarını geri qaytardı, işğal nəticəsində dağıdılmış torpaqlarını tikir və canlandırır. Ancaq əsas odur ki, bu canlanma bütün bölgə üçün yeni perspektivlər, yeni nəqliyyat dəhlizi, Füzuli hava limanı ərazisindən yeni nəqliyyat qovşağı açır. Və bütün bunlar praktiki olaraq təkcə Azərbaycanın qonşularının maraqlanmadığı böyük bir iqtisadiyyatla bağlıdır. 

 

Sual Ermənistanadır: Bölgənin iqtisadi çiçəklənməsinin bir hissəsi olmaq istəyir, yoxsa rəngli inqilabların xarici sponsorlarının payları ilə yaşamağa davam edəcək? Gördüyümüz kimi, hələ Ermənistan gözləyir və Moskva ilə Avropa Birliyi arasında var-gəl edir. Bölgədəki iqtisadi layihələrə gələcək münasibəti kiminlə bu yolu gedəcəyindən asılıdır. Ancaq bu, onun problemidir, bütün qərarları ilə Azərbaycan bütün problemlərini yalnız öz həqiqi müttəfiqlərinin dəstəyinə güvənərək təkbaşına həll edə bilər.

Müəllif: Nicat Hacıyev