İsraildən Fəxrizadənin qətli ilə bağlı iddia

Dünya

05.12.2020 - 21:09

İsrail mediası: “Fəxrizadə 12 ildən çoxdur ki, Mossad kəşfiyyat xidməti tərəfindən izlənirdi”

 

İranlı nüvə alim Möhsün Fəxrizadənin qətlinin rezonansları davam edir. AYNA xəbər verir ki, İsrail qəzeti “Yediot Ahronot” Tehranda öldürülən iranlı nüvə alimi Möhsün Fəxrizadənin 12 ildən çoxdur ki, Mossad kəşfiyyat xidməti tərəfindən izləndiyi barədə məqalə yazıb. Tehran rəhbərliyi sui-qəsddə İsraili günahlandırır.

 

Məqalədə İsrailin keçmiş baş naziri Ehud Olmertin 2008-ci ilin aprelində Amerikanın sabiq prezidenti Corc Buş ilə görüşü xatırlanaraq, görüş zamanı Fəxrizadənin İranın nüvə proqramı üçün əhəmiyyəti vurğulanıb və iki ölkə arasında tam kəşfiyyat mübadiləsi və ortaq əməliyyat haqqında fikir birliyi əldə edilib.

 

Qeyd edək ki, Möhsün Fəxrizadənin öldürülməsində İran İsraili ittiham edir.

Müəllif: Ayna.az