İsraildə vaksinasiyadan keçənlərə “yaşıl pasport” veriləcək

Dünya

19.02.2021 - 01:54

Vaksinasiyadan keçmiş şəxslər bir sıra sosial tədbirlərə qatıla biləcəklər

 

Əhalisinin yarısı vaksinasiyadan keçən İsrail əhalini peyvəndə cəlb etmək üçün “yaşıl pasport” layihəsinin tətbiqini planlaşdırır.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu bəyan edib.

 

Layihəyə əsasən, vaksinasiyadan keçmiş şəxslər bir sıra sosial tədbirlərə qatıla biləcəklər.

 

“Yaşıl pasport” planına görə, peyvənd olunmuş şəxslər pasportları ilə teatr, kino salonlarına gedə, idmanla bağlı tədbirlərə qatıla, xaricə uçuşlar həyata keçirə, restoran və kafelərə girə biləcəklər.

 

Qeyd edək ki, “Pfizer/BioNTech” vaksinindən istifadə edən ölkədə peyvəndləmə ötən ilin dekabrın 20-də başlayıb. Artıq əhalinin 45 faizinin vaksinasiyası başa çatıb.

Müəllif: Ayna.az