İsrail Livanın cənubuna yeni zərbələr endirib

Dünya

06.09.2026 - 10:06

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə yeni zərbələr endirib

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə yeni zərbələr endirib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail tərəfinin məlumatına görə, zərbələr “Hizbullah”ın Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən İsrail hərbçiləri istiqamətində iki pilotsuz uçuş aparatı buraxmasına cavab olaraq həyata keçirilib.

Bildirilib ki, PUA hücumu nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.

Bundan sonra İsrail ordusu Livanın cənubundakı hədəflərə növbəti zərbələr endirməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş