Hücumlar hava limanında partlayışlara səbəb olub
İsrail bu gün səhər saatlarında Mehrabad hava limanında İran qırıcı təyyarələrinin anqarına zərbə endirib.
Bu barədə AYNA.AZ İran mediasına istinadən xəbər verir.
"Hücumlar hava limanında partlayışlara səbəb olub, lakin uçuş-enmə zolaqlarına, binalara və ya qurğulara zərər vurmayıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri "sübh çağı düşmən hücumlarını dəf etmək üçün" işə salınıb.