Tibb müəssisəsinin ətrafındakı ərazidə silah səsləri eşidilib
İsrail əsgərləri Qəzza zolağının şimalında yerləşən xəstəxananı söküblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
"İsrail əsgərləri xəstəxananın qapılarına hücum edərək buldozerlə xəstəxananın divarını uçurub. İçəridə dörd həkim və səkkiz tibb bacısı olmaqla 55 nəfər qalıb", - deyə məlumatda qeyd olunub.
Telekanalın məlumatına görə, tibb müəssisəsinin ətrafındakı ərazidə silah səsləri eşidilib.