İsrail əsgərləri İranın “Press TV” kanalının jurnalistini qaçırıblar

Dünya

16.09.2026 - 09:41

Nakka Hamedi Qərb Sahilində Beytləhm yaxınlığında qaçırılıb

İsrail əsgərləri İranın “Press TV” kanalının jurnalisti Nakka Hamedi Qərb Sahilində Beytləhm yaxınlığında qaçırıblar. AYNA.AZ xəbər verir ki, bu barədə kanal məlumat yayıb.

Hamedin həmkarlarından birinin sözlərinə görə, israillilər bütün çəkiliş qrupunu saxlayıb, axtarış aparıblar və sonra onları sərbəst buraxıblar. Amma jurnalisti naməlum yerə aparıblar.

“Press TV” bəyan edib ki, Nakka Hamed Qərb Sahilində işləyərkən artıq iki dəfə hədəfə alınıb. Birinci dəfə o, ötən ilin dekabr ayında Qalandiya qaçqın düşərgəsindən yayım edərkən yaralanıb. İkinci dəfə isə bu ilin avqustun 6-da atəşə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş