İspaniyada son iki ayın ən aşağı ölüm sayı qeydə alınıb

Dünya

11.05.2020 - 15:31

Bu günə qədər ölkədə 26 min 744 nəfər virusun qurbanı olub

 

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri olan İspaniyada normallaşma prosesi davam etməkdədir. AYNA xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi son 24 saat ərzində koronvirusla bağlı məlumatları ictimaiyyətə təqdim edib.

 

Nazirliyin məlumatına görə, ölkədə son sutka ərzində 123 nəfər dünyasını dəyişib. Belə ki, bir gün əvvəl koronavirusdan 143 nəfərin öldüyü ölkədə bu günə olan ölüm sayı son 7 həftənin ən aşağı statikstikası olaraq qeyd edilib.

 

Bu günə qədər isə ölkədə 26 min 744 nəfər virusun qurbanı olub. Ümumulikdə isə kral ölkəsində 227 min 436 nəfərə COVİD-19 diaqnozu qoyulub.

Müəllif: Ayna.az