İspaniyada pandemiya daha 179 nəfərin həyatına son qoyub

Dünya

09.05.2020 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

İspaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

İspaniyada COVID-19-dan ölənlərin sayı son 24 saatda 179 nəfər artaraq 26 min 478-ə çatıb. AYNA xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi açıqlama yayıb.

 

Son sutka ərzində virusa yoluxanların sayı da artıb və 223 min 578-ə yüksəlib.

 

Pandemiyanın ən çox yayıldığı Madriddə ölənlərin sayı 46 nəfər artaraq 8598-ə çatıb. Xəstəxanada müalicə alan xəstələrin sayı isə 132 nəfər artaraq 41 min 436 olub.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş