Kalvino bacardıqca ehtiyatlı olduqlarını bildirib
İspaniya hökuməti koronavirusun yaratdığı fəsadlara görə, ölkə iqtisadiyyatında 9,2 faiz azalma olacağı barədə proqnoz verib. AYNA xəbər verir ki, bu barədə İspaniya Maliyyə Nazirliyinin sözcüsü Jesus Montero və İqtisadiyyat naziri Nadia Kalvino hökumətin büdcə planı ilə əlaqədar keçirilən mətbuat konfransında bildiriblər.
Kalvino bacardıqca ehtiyatlı olduqlarını bildirib və ümumdaxili məhsulun 9,2 faiz azalacağını, işsizlik nisbətinin isə 19 faiz artacağını vurğulayıb.
Kalvino İspaniya iqtisadiyyatının ilin ikinci rübündə ən aşağı səviyyəyə düşəcəyini, daha sonradan isə bərpa olacağını qeyd edib.