İşğaldan azad olunan ərazilərdə humanitar dəhlizlər yaradılır

Xəbərlər

30.11.2020 - 17:10

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA rəsmisi: “Artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir”

 

“İşğaldan azad olunmuş ərazilərdə, xüsusən yaşayış məntəqələrində ilk növbədə humanitar dəhlizlər yaradılır. Bu dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində ciddi iş aparılır”. AYNA-nın xəbərinə görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

 

ANAMA rəsmisi bildirib ki, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir: “On kilometrlik bu yolun səkkiz kilometrlik hissəsi artıq təmizlənib. Yolun minalardan təmizlənməsi yaxın iki-üç gün ərzində başa çatacaq”.

 

“Ağdam-Əfətli yolu da minalardan təmizlənib. Üç gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Yeddi kilometr avtomobil yolu minalardan tamamilə təmizlənib. Xudafərin körpüsü ətrafında iki ədəd partlamamış hərbi sursat aşkarlanıb”, - deyə İsmayılov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş