İrəvanda etirazçılar aeroport yolunu bağlayıblar

Dünya

13.12.2020 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

“Qarabağı itirdik, indi Ermənistanın özü təhlükə altındadır”

 

Ermənistanda keçirilən aksiyalar bu gün də davam edib. AYNA erməni mediasına istinadən bildirir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Zvartnots Hava Limanına gedən yolu bağlayıblar.

 

Hadisə yerində olan polislər yolun açılmasını istədikdən bir neçə dəqiqə sonra nümayişçilər yolu açmağı qəbul ediblər.

 

“Nikol özü və komandası vətən xainidir, satqındır. Qarabağı itirdik, indi Ermənistanın özü təhlükə altındadır. Bütün hökumət istefaya getməli və yeni şəxslər hakimiyyətə gəlməlidir. Biz sonacan bunu tələb edəcəyik”, - aksiya iştirakçılarından biri deyib.

 

Onun sözlərinə görə, hələ də Paşinyanın müsbət dəyişikliklər edə biləcəyini düşünərək ona inanmağa davam edən vətəndaşlar var: “Ancaq eyni zamanda, bir çox vətəndaşımız ayıldı. Son 2 il yarımda baş verənlərin, vədlərin hamısının yalan olduğu ortadadır”.

 

Xatırladaq ki, Paşinyana qarşı etiraz aksiyaları 10 noyabrdan etibarən başlayıb. Vətəndaşlar Baş nazirin Qarabağda bağlı imzaladığı üçtərəfli bəyanatı xainlik sayırlar. Aksiyaların əsas təşkilatçıları Daşnaksütyun, Vətən və Çiçəklənən Ermənistan partiyalarıdır. Zaman-zaman müxalif fəallar İrəvanda fərqli küçələri bağlayırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş