İraqın Baş nazirinə qarşı sui-qəsd cəhdi olub

Dünya

07.11.2021 - 12:24

Əl-Kaziminin villasına dronla bomba atılıb

İraqın Baş naziri Mustafa Əl-Kaziminin villasına dronla sui-qəsd təşkil olunub.

AYNA xarici mediaya istinadla bildirir ki, Baş nazirin Bağdadın “Yaşıl bölgə” adlanan ərazisində yerləşən evinə dronla bomba atılıb.

Baş nazir hücumu təsdiqləyib və sağ-salamat olduğunu bildirib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları xüsusi əməliyyata başlayıblar.

Müəllif: Ayna.az