İraqda seçki məntəqəsi atəşə tutulub

Dünya

10.10.2021 - 19:55

Atəş nəticəsində iki polis əməkdaşı yaralanıb

İraqın Diyala vilayətində seçki məntəqəsi avtomat silahlardan atəşə tutulub. AYNA xarici mediaya istinadən bildirir ki, atəş nəticəsində iki polis əməkdaşı yaralanıb.

Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyat-axtarışa başlayıblar.

Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir.

Müəllif: Ayna.az