İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb

Dünya

08.11.2019 - 07:43

Həkimlər Klinikalar SEO Xidməti

Tutulan şəxslərdə silah və sursatlar aşkarlanıb

 

İraq kəşfiyyatı cümə axşamı Salah əd-Din əyalətinin şərqində İŞİD terror qruplaşmasının iki liderini saxlayıb.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kəşfiyyat Xidmətinin direktoru Firas əl-Zubeidi “al-Sumaria” telekanalına açıqlamasında deyib.

 

O bildirib ki, kəşfiyyatçıların ayıq-sayıqlığı nəticəsində Tuz-Xurmatu şəhərində iki İŞİD lideri saxlanılaraq zərərsizləşdirilib.

 

Direktorun sözlərinə görə, tutulan şəxslərdə silah və sursatlar aşkarlanıb. 

 

Lakin terrorçuların adları açıqlanmayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş