İranın paytaxtında partlayış olub

Dünya

14.03.2021 - 16:18

Partlayış Tehranın Pakdəşt bölgəsində  yaşayış  binasında baş verib

 

İranın paytaxtında partlayış baş verib. AYNA-nın APA-nın Tehran bürosuna istinadən məlumatına görə,  partlayış Tehranın Pakdəşt bölgəsində  yaşayış  binasında baş verib.

 

Hadisə nəticəsində 11  nəfər xəsarət alıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.  

 

Partlayışın dəqiq səbəbi bilinməsə də, hadisənin partlayıcı qurğu vasitəsilə törədildiyi bildirilir.

Müəllif: Ayna.az