İrandakı müəmmalı partlayışla bağlı məlumat: gizli bazada baş verib

Dünya

01.10.2021 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

Versiyalardan birinə görə, partlayış uğursuz raket sınaqları nəticəsində baş verib

Sentyabrın 27-də İranda baş verən müəmmalı partlayışla bağlı İsrailin araşdırma şirkəti “ImageSat International” məlumat yayıb. AYNA-nın xəbərinə görə, şirkətin “Twitter” səhifəsində qeyd edilib ki, hadisə Tehranın şərqində, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) gizli bazasında baş verib.

“ImageSat International” partlayışdan sonrakı görüntüləri də yayımlayıb. Fotoşəkillərdən görünür ki, binanın ən azı dörddə bir hissəsi tamamilə dağılıb.

“The Times of Israel” yazır ki, partlayış nəticəsində İİKK-nın ən azı iki üzvü həlak olub.

İsrail nəşri qeyd edir ki, hadisə ilə bağlı versiyalardan birinə görə, partlayış uğursuz raket sınaqları nəticəsində baş verib. İkinci versiya, hadisənin hücum nəticəsində baş verməsidir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş