Artıq dünyasını dəyişənlərin sayı 14 nəfərə yüksəlib
İranda koronavirusa yoluxaraq dünyasını dəyişənlərin sayı 14 nəfərə yüksəlib. AYNA bu barədə İran mətbuatına istinadən xəbər verir.
Dünən İranın Qum şəhərindən millət vəkili Əhməd Əmirabadi virus səbəbindən ölənlərin sayının 50 nəfər olduğunu və Tehran rəhbərliyinin faktları gizlətdiyini iddia etmişdi.
Qeyd edək ki, Çində indiyədək koronavirus üzündən ölənlərin sayı 2665 nəfər çatıb.