İran Parlamentinin sədri koronavirusdan sağalıb

Dünya

27.04.2020 - 13:32

cedabet dərman SEO Xidməti

Əli Laricani artıq karantindən çıxıb və işinə başlayıb

 

Yeni növ koronavirusdan müalicə alan İran Parlamentinin sədri Əli Laricani sağalıb. AYNA xəbər verir ki, bu barədə İran Parlamentinin sözçüsü Əsədullah Abbasi IRNA-ya açıqlama verib.

 

“Laricani artıq karantindən çıxıb, dünəndən etibarən iş faəliyyətini bərpa edib. Yaxın günlərdə isə ofisində olacaq”, - deyə Abbasi bildirib.

 

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 90 min 481, ölənlərin sayı isə 5710 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş