İran maşınlarının Qarabağa yanacaq və ərzaq daşımasına rəsmi münasibət

Xəbərlər

13.04.2020 - 16:18

cedabet dərman SEO Xidməti

"Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışıblar"

 

"Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hər tərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar". 

 

AYNA xəbər verir ki, bu fikirlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin Dağlıq Qarabağın işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülərlə bağlı açıqlamasında yer alıb.

 

Səfirliyin açıqlamasında bildirilir ki, yayılan görüntülər həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışıblar. Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır".

 

"Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər", - deyə vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş