ABŞ və İran arasında gərgərginlik davam edir
Rəsmi Tehran İranın İraqda yerləşən ABŞ hərbi bazalarına təşkil olunmuş hücumla bağlı açıqlama yayıb.
AYNA xəbər verir ki, iranlı generallardan biri İraqdakı ABŞ bazalarına təşkil olunmuş raket hücumlarında məqsədin amerikalı əsgərlərin öldürülməsi yox, ABŞ hərbi bazalarına zərər vermək olduğunu bildirib.
Qeyd edək ki, İran Qasım Süleymaninin ABŞ hərbi qüvvələri tərəfindən öldürülməsinə qarşılıq olaraq ABŞ-ın İraqda yeləşən hərbi bazalarına hücum etmiş və hücum nəticəsində 80 ABŞ əsgərinin öldüyünü açıqlamışdı.