İran ABŞ-a qarşı əks hücuma keçir

Dünya

28.04.2020 - 20:18

Məhəmməd Cavad Zərifin Rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığı olduğu bildirilib

 

İran Rusiya və Cənubi Afrika Respublikasından ABŞ-a qarşı dəstək istəyib. AYNA xəbər verir ki, İran Prezidenti Həsən Ruhani və Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosa arasında bununla bağlı telefon danışığı olub.

 

Ruhani CAR-lı həmkarına ABŞ sanksiyalarının “qeyri-insani” olduğunu xarakterizə edib: “ABŞ təəssüf ki, İran xalqına qarşı qanunsuz sanksiyaları artırıb və koronavirusla mübarizədə sağlamlıq vəsaitlərinin verilməsinə mane olur”.

 

Cənubi Afrika Respublikasının Prezidenti Ramaphosa isə ABŞ-ın İrana qarşı sanksiyalarının qanunsuz olduğunu vurğulayıb: “Bu məsələdə İrana dəstək verməyə davam edəcəyik. Ortaq düşmənə qarşı birlikdə mübarizə aparmağın vaxtıdır. Çünki ölkələrə sanksiya tətbiq edərək əlavə problemlərə səbəb olmaq üçün indi yaxşı vaxt deyil”.

 

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyindən verilən açıqlmaya görə, nazir Məhəmməd Cavad Zərifin Rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığı olduğu bildirilib. Həmkarların ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək planını müzakirə etdikləri qeyd olunub.

Müəllif: Ayna.az