"Instagram"ın işində problem yaranıb

Dünya

08.12.2020 - 00:37

İstifadəçilərin təxminən 65 faizi xəbər lentində problemlərlə qarşılaşıb

 

"Instagram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.

 

AYNA-nın məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

 

Məlumata əsasən, nasazlıqlar daha çox Böyük Britaniyada, Fransada, Niderlandda, Almaniyada və ABŞ-da qeydə alınıb.

 

Bildirilir ki, istifadəçilərin təxminən 65 faizi tətbiqin xəbər lentində, 17 faizi sosial şəbəkənin saytında, 17 faizi isə "story"lərə baxarkən problemlərlə qarşılaşıb.

Müəllif: Ayna.az