İnsanlar 2022-ci ildə koronavirusun bitdiyinə inanacaqlar, amma...

Aktual

25.02.2021 - 11:44

Altşteyn: “Peyvəndin xəstəlik üçün dərman olduğu düşüncəsi yanlışdır”

 

“2022-ci ildə insanlar həqiqətən koronavirus pandemiyasının bitdiyinə inanacaqlar. Baxmayaraq ki, COVID-19 halları qeyd olunmağa davam edəcək”. AYNA xəbər verir ki, bu sözləri Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun viroloqu Anatoli Altşteyn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Hans Kluqenin proqnozunu dəyərləndirərkən deyib.

 

Altşteyn fikrincə, infeksiyanın bir ildə yayılmasının sona çatmasına inam üçün əsaslar var: “Əsas məsələ peyvənddir, amma maskalar və məsafələr müəyyən qədər bizimlə qalacaq. Nümunə kimi insanların sıx olduğu yerlərdə maskalarda gəzməyə öyrəşən Cənub-Şərqi Asiya və Yaponiyanı göstərmək olar”.

 

Alim hesab edir ki, peyvənd olunmayanların peyvənd olunmuş vətəndaşlarla eyni mühitdə olacağı bir vəziyyət ciddi təhlükə yaradır: “Məsələ burasındadır ki, peyvənd olunanlar psixoloji səbəblərə görə epidemiya əleyhinə qaydaları pozmağa başlaya bilərlər. Onların özbaşına davranışları, peyvəndin xəstəlik üçün dərman olduğu düşüncəsi və peyvəndi alsalar, bu, 100 faiz etibarlıdır - bu yanlış fikir geniş yayıla bilər”.

 

Altşteyn qeyd edib ki, peyvəndlənən insanın koronavirusa yoluxması və sonradan virusu ötürülməsi halı istisna deyil.

 

Qeyd edək ki, ÜST mütəxəssisi Hans Kluqe bildirib ki, koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq. Onun sözlərinə görə, ən pis ssenari bitib və insanlıq virus haqqında yeni yayılmağa başladığı dövrdən daha çox şey bilir. ÜST mütəxəssisi COVID-19-un insan populyasiyasında yox olmayacağını, lakin göstərilən tarixə qədər məhdudiyyətlərə ehtiyac duyulmayacağını açıqlayıb. O, eyni zamanda, bunun yalnız bir proqnoz olduğunu vurğulayıb: “Çünki heç kim vəziyyətin inkişafını dəqiq bir şəkildə təxmin edə bilməz”.

Müəllif: Ayna.az