İngiltərədə koronavirusun daha bir təhlükəli ştammı aşkarlanıb

Dünya

16.04.2021 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

Hindistan ştammı deyilən virus ikiqat mutasiyaya uğrayıb

 

İngiltərədə ikiqat mutasiyaya uğramış təhlükəli koronavirus ştammı aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

 

Qeyd edilib ki, Böyük Britaniyanın 77 vətəndaşı əvvəlcə Hindistanda aşkarlanan yeni virus növünə yoluxub. Onların 73-ü İngiltərədə, digərləri isə Şotlandiyada yaşayanlardır.

 

Bununla yanaşı, Cənubi Afrikadakı koronavirus ştammı da İngiltərədə sürətlə yayılır. Cənubi Afrika ştammına artıq 600 nəfər yoluxub.

 

Qeyd edək ki, Hindistanda ikiqat mutasiyaya uğramış yeni növ koronavirus ştammının tapıldığı 24 martda məlum oldu. İndiyə qədər Hindistan səlahiyyətliləri mutasiyaların ortaya çıxması ilə ölkənin bəzi əyalətlərində yoluxmanın sürətlə artması arasında əlaqəni axtarırlar.

 

Qeyd edək ki, Hindistan bu yaxınlarda koronavirusun yoluxma sayına görə dünyada ikinci yerə qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş