İndoneziyada göyərtəsində 243 nəfər olan gəminin 103 sərnişini xilas edilib

Dünya

13.09.2026 - 14:02

“Virgo Transport 8”də 1 nəfər ölüb

İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri İ Putu Sudayana bildirib.

Qeyd edilib ki, gəmidə 243 sərnişin və ekipaj üzvü olub. Gəmisi bazar günü səhər Şərqi Yavanın Surabaya şəhərindən yola düşdükdən sonra əlaqə itib. Sudayananın sözlərinə görə, xilasedicilər gəmiyə çatmaq üçün hündürlüyü 2,5 metrə (8,2 fut) çatan dalğalarla mübarizə aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş