İmişlidə qəza: bir nəfər ölüb

Hadisə

06.06.2021 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Minik maşını və moped tipli motosiklet toqquşub

 

İmişlidə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Minik maşını və moped tipli motosiklet toqquşub. AYNA xəbər verir ki, yol qəzası ötən gün saat 23 radələrində İmişli şəhər ərazisində qeydə alınıb.

 

Heydər Əliyev və Həzi Aslanov küçələrinin kəsişdiyi yol qovşağında 1993-cü il təvəllüdlü Əhədov Cahid Azad oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə 1997-ci il təvəllüdlü Rəhimov Vasif Cəfər oğlunun sürdüyü moped tipli motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş