İlham Əliyevin Moskvaya səfəri gözlənilir

Xəbərlər

19.07.2021 - 15:03

Dmitri Peskov: “Görüşün nəticəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir”

 

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri gözlənilir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov deyib ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər: “Görüşün nəticəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir”.

 

“Bu, işgüzar səfərdir. Biz mövqelərimizi uzlaşdırırıq”, - deyə Kreml sözçüsü bildirib.

 

 

Müəllif: Ayna.az