İlham Əliyev: “Yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik”

Siyasət

05.03.2021 - 18:07

Həkimlər Klinikalar SEO Xidməti

“Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”

 

“Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.

 

AYNA xəbər verir ki, bu sözləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında deyib.

 

Ölkə başçısı əminliklə bildirib ki, bu, heç bir kənar müdaxilə olmadan həyata keçib: “Çünki mənim yadımdadır, 90-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bunlar bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var nəinki Azərbaycanda. Bir-birini indi didirlər, necə deyərlər, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq. Qısa müddət ərzində yenə də sadəcə olaraq baxdıq ki, hansı fundamental ziddiyyətlər var. Harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir”.

 

“Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər”, - İ.Əliyev əlavə edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş