İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik edib

Xəbərlər

07.09.2021 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti cənab Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

AYNA-nın xəbərinə görə, məktubda deyilir:

 “Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş