İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirib

Siyasət

05.10.2020 - 19:44

Prezident Türkiyənin TRT telekanalına müsahibə verib

 

“Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi”.

 

AYNA xəbər verir ki, bunu Türkiyənin TRT telekanalına müsahibəsi zamanı Azərbaycanın Prezidenti İlham Əliyev bildirib.

 

“Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə, təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir”, - ölkə başçısı əlavə edib.

Müəllif: Ayna.az