İlham Əliyev Abdel Razeqi qəbul edib

Xəbərlər

25.05.2025 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti Misir Senatının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Misir Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib. AYNA.AZ xəbər verir ki, qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Abdel Vahab Abdel Razeq vurğulayıb ki, Misir Prezidenti dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayır.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş edib.

Senatın sədri Azərbaycanla Misir arasında əlaqələrin tarixi və dostluq xarakteri daşıdığını deyərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləklərini qeyd edib.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin Azərbaycana, özünün isə Misirə səfərini, bu səfərlər çərçivəsində Misir Prezidenti ilə görüşlərini və apardığı müzakirələri məmnunluqla xatırlayıb.

Görüşdə əlaqələrimizin inkişafında iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rola malik olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev Abdel Razeqi qəbul edib İlham Əliyev Abdel Razeqi qəbul edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş