İdarələrarası Mərkəzin nümayəndələri Füzuliyə səfər ediblər

Xəbərlər

30.07.2021 - 11:21

Səfər iştirakçılarının Şuşaya və Hadruta da səfərləri nəzərdə tutulub

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Füzuliyə, Hadruta və Şuşaya səfər edəcək. AyNA xəbər verir ki, artıq işçi qrupların Füzuliyə səfəri başlayıb.

 

Füzuli şəhərinə səfər zamanı Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə İşçi Qrupları üzvləri tərəfindən Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriləcək, Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimatı ediləcək, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək.

 

Daha sonra səfər iştirakçılarının Şuşaya və Hadruta da səfərləri nəzərdə tutulub.

Müəllif: Ayna.az