İctimai yerlərdə 4 koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

01.09.2021 - 11:39

Tibbi prosedurları gözlənilməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar

 

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNAQ-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az