İctimai nəqliyyat iki gün işləməyəcək

Cəmiyyət

05.12.2020 - 01:14

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Bu gündən dekabrın 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AYNA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Qərara əsasən, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb.

Müəllif: Ayna.az