İcazəsi olmayan 203 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb

Xəbərlər

15.12.2020 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb

 

Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar karantin postlarında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına dair məlumat yayıb.

 

İdarədən AYNA-ya bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 2020-ci il dekabrın 14-ü saat 08:00-dan 2020-ci il dekabrın 15-i saat 08:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb.

 

Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş