"Yəmən silahlı qüvvələri Səudiyyə Ərəbistanının F-15 qırıcı təyyarəsini Mərib əyaləti üzərində vurmağı bacarıb"
Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatı üsyançıları Yəmənin mərkəzindəki Mərib əyalətində Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsini vurub.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria deyib.
"Yəmən silahlı qüvvələri Səudiyyə Ərəbistanının F-15 qırıcı təyyarəsini Mərib əyaləti üzərində vurmağı bacarıb”, - deyə qeyd edib.
Saria bildirib ki, qırıcı təyyarə "yerli istehsal olunmuş zenit raketi" ilə vurulub.