“Hörmüz boğazındakı hərbçilər vətəndaşları və neft ehtiyatlarını qoruyacaq”

Dünya

18.09.2026 - 14:27

Li Ce Myonq: "Biz müharibədə iştirak etmək və ya müharibəyə müdaxilə etmək üçün qoşun göndərməyəcəyik"

“Cənubi Koreya qoşunlarının Hörmüz boğazına yerləşdirilməsi döyüş əməliyyatları ilə bağlı olmayacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Cənubi Koreya Prezident Li Ce Myonq deyib.

Dövlət başçısı bildirib: "Biz müharibədə iştirak etmək və ya müharibəyə müdaxilə etmək üçün qoşun göndərməyəcəyik".

O əlavə edib ki, Koreya Respublikası da "digər ölkələr kimi" vətəndaşları və xam neft ehtiyatlarını qorumaq üçün lazımi tədbirləri nəzərdən keçirməyə məcburdur.

O, piratçılığa qarşı mübarizə aparmaq üçün təyin olunmuş və Ədən körfəzində fəaliyyət göstərən Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin Çonqxe bölməsini xatırladıb: "Bildiyiniz kimi, Çonqxe bölməsi artıq Ədən körfəzinə yerləşdirilib. Onun missiyası piratçılığa qarşı mübarizə də daxil olmaqla, vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Biz, həqiqətən də, bu tədbirləri gücləndirməyi düşünürük".

“Görünür, qoşun göndərməyin müharibədə iştirak etmək və ya onu dəstəkləmək, yaxud döyüş bölmələrinin göndərilməsi demək olacağı ilə bağlı narahatlıqlar var. Yenə deyirəm, müharibədə iştirak etmək üçün qoşun göndərməkdən söhbət getmir”, - deyə Li Ce Myonq bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş