Oman gəmisi 16 nəfəri təxliyə edib və onlara tibbi yardım göstərilib
Oman hakimiyyəti Hörmüz boğazında hücuma məruz qalan Səudiyyə Ərəbistanına məxsus SIDR tankerindən 16 dənizçini təxliyə edib. AYNA.AZ xəbər verir ki, bu barədə ONA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Oman gəmisi 16 nəfəri təxliyə edib və onlara tibbi yardım göstərilib. Səudiyyə Ərəbistanına məxsus tankerin göyərtəsində 25 nəfər olub, onlardan ikisi ölüb.
Qeyd edək ki, sentyabrın 2-də Səudiyyə Ərəbistanının “Bahri” gəmiçilik şirkəti Hörmüz boğazından keçərkən SIDR tankerinin iştirakı ilə baş verən hadisədə hər ikisi Filippin vətəndaşı olan iki dənizçinin həlak olduğunu bildirib. ONA-nın məlumatına görə, gəmi Oman sahillərində atəşə tutulub.