"Düşmən ordusunun xain hücumu nəticəsində biri bələdiyyə işçisi olan iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb"
Livanda nisbətən sakitlikdən sonra “Hizbullah” İsraili ölkənin cənubunda atəşkəsi pozmaqda ittiham edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” “Hizbullah”ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda İsrail əsgərlərinin Nəbatiyə əl-Fəvqa məhəlləsində yol təmizləyən buldozerin yaxınlığında bir qrup insana atəş açdığı qeyd edilib.
“Hizbullah” mülki şəxslərin yolları təmizlədiyini və dağıntılar altından cəsədləri çıxardığını iddia edib.
"Düşmən ordusunun xain hücumu nəticəsində biri bələdiyyə işçisi olan iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb", “Hizbullah”ın açıqlamasında deyilir.
Bəyanatda cavab tədbirlərinin görülüb-görülməyəcəyi qeyd olunmayıb.