Hindistanla Çin sərhədində əsgərlər arasında toqquşma: <font color=red> çox sayda ölən var</font>

Dünya

17.06.2020 - 03:44

Hindistan-Çin sərhədində gərginlik yaşanıb 

 

Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmalar baş verib.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, toqquşmalar nəticəsində azı 20 Hindistan əsgəri həlak olub, Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb.

 

Xatırladaq ki, daha əvvəl Hindistanın quru qoşunlarının nümayəndələri bildiriblər ki, ötən gün birlik ərazisində tərəflər arasında toqquşmalar olub, nəticədə Hindistan tərəfinin 3 sərhədçisi həlak olub. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb. Toqquşmalarda tərəflər daş və dəyənəklərdən istifadə ediblər.

Müəllif: Ayna.az