Hindistanda futbol oyunundan əvvəl fişənglər partladı: 30 nəfər xəsarət alıb

Dünya

19.02.2025 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Yaralananlar ən yaxın xəstəxanaya çatdırılıb: polis hadisəni araşdırır

Hindistanın cənubundakı Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı başlamazdan əvvəl fişənglərin partlaması nəticəsində 30 nəfər xəsarət alıb. AYNA xəbər verir ki, bu barədə polisə istinadən NDTV kanalı məlumat yayıb.

Azarkeşlər tribunaların yanında fişənglər atıblar. Bu zaman digər azarkeşlərin üzərinə qığılcımlar düşüb.

Hadisə nəticəsində yaralananlar ən yaxın xəstəxanaya çatdırılıb. Polis faktla bağlı araşdırma aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş