Ötən gün ölkədə 382 min 300 nəfər koronavirusa yoluxub
Hindistanda COVID-19-a yoluxma halları üç günlük azalmadan sonra yenidən artmağa başlayıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ötən gün ərzində Hindistanda 382 min 300 nəfər koronavirusa yoluxub ki, bu da bir gün əvvəlki yoluxma sayından 25 min çoxdur. Ardıcıl iki həftə ərzində ölkədə gündəlik yoluxma 300 min nəfəri keçir.
Mayın 2-də Hindistanda yeni koronavirusun yaratdığı fəsadlar nəticəsində sutkalıq ölümlərin sayının 3689 nəfər artdığı bildirilir ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.
Yeri gəlmişkən, Hindistan “Sputnik V” peyvəndinin tətbiqinə başlayıb. Ölkə Rusiya istehsalı olan vaksinin ilk partiyasını əldə edib və peyvəndləməyə başlayıb. Yerli xəstəxanalar Rusiyadan ikinci partiyanın göndərilməsini gözləyirlər.